AZ

ABŞ Dövlət Departamenti İrandakı azərbaycanlıların vəziyyətindən danışıb

Bakı. Trend:

ABŞ Dövlət Departamenti dünya ölkələrində insan hüquqları iləbağlı hesabata dair növbəti illik məruzə dərc edib.

Trend bubarədə sözügedən məruzəyə istinadən xəbər verir.

Məruzəyə əsasən, İrandakı etnik azlıq qrupları, o cümlədənazərbaycanlılar hökumətin əsasən milli azlıqların yaşadığıbölgələrdə təbii sərvətləri, ilk növbədə su ehtiyatlarınıqeyri-rasional idarə etdiyindən mütəmadi olaraq şikayətedirlər.

Məruzədə qeyd olunduğu kimi, bu da öz növbəsində yerli ətrafmühitə zərər yetirir və məcburi miqrasiya və etnik azlıqların dahada marjinallaşması ilə nəticələnir.

"Azərbaycanlılar bildirib ki, hökumət aktivistləri vətəşkilatçıları təqib etməklə ayrı-seçkiliyə məruz qoyub və bəzivalideynlərə uşaqlarına türk adları verməyə icazə verməyib", -məruzədə qeyd olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
49
2
Mənbələr
Şərh ()
Bağla