AZ

BMT Britaniyanın Ruandaya qanunsuz miqrantlar göndərməsinə dair qanunu tənqid edib

BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarı Filippo Qrandi və BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Londonu sığınacaq axtaranların Ruandaya göndərilməsinə dair planlara yenidən baxmağa çağırıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, onlar ötən gecə Böyük Britaniyada qəbul edilən qanunsuz miqrantların Afrika ölkəsinə köçürülməsini nəzərdə tutan qanunu tənqid edərək, bunun qanunun aliliyinə mane olduğunu və dünyada təhlükəli presedent yaratdığını vurğulayıblar.

“Yeni qanun Britaniyada qanunun aliliyinə ciddi şəkildə mane olur və qlobal miqyasda təhlükəli presedent yaradır. Söhbət qaçqınlar və miqrantlar üçün Britaniyada hüquqi müdafiə vasitələrinə çıxışın məhdudlaşdırılmasından gedir”, - V.Türk bildirib.

F.Qrandi isə vurğulayıb ki, Britaniya qanunu ölkənin ehtiyacı olanlara sığınacaq verməklə bağlı ənənəsindən uzaq bir addımdır, bu, həm də Qaçqınların statusu haqqında Konvensiyanın pozulmasıdır.

Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla