AZ

Yaşlanmağın qarşısını almaq mümkündür - Osman Müftüoğlu açıqladı

Yaşlanma prosesi bir çox insanın həyatına və sağlamlığına fərqli şəkildə təsir edir. Kimi 50 yaşında xəstəliklərlə üzləşərkən, kimi də 80 yaşında normal həyatına davam edə bilir.

Medicina.az xəbər verir ki, yaşlanmağı yavaşlatmağın mümkün olduğunu bildirən Prof. Dr. Osman Müftüoğlu bunun üçün ilk növbədə əzələ itkisinin qarşısını almağın vacib olduğunu qeyd edib.

Osman Müftüoğlu əzələlərimiz sağlam qaldıqca bədəndəki sümüklərin də möhkəmliyinin qorunduğunu bildirir:

“Bununla belə, adətən osteoporoz problemini həll etmək üçün müxtəlif ehtiyat tədbirləri görülür. Məhdud hərəkət əzələ itkisinə səbəb olur. Əzələ itkisinin qarşısını almaq üçün zülal, D vitamini və Omeqa-3 əlavələrinə ehtiyacımız var. Əzələlərimizi hərəkət etdirmək də çox vacibdir. Bir sözlə, doğru qidalanmaq və qida əlavələri çox vacibdir, lakin həyatımızda məşq yoxdursa, onlar kifayət etməyəcək”.

Əzələlərin istifadə edilmədikcə zamanla azaldığını ifadə edən həkim, "İstifadə et və ya itir” prinsipinin ilk növbədə beyin, sonra isə skelet üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Müftüoğlu əlavə edib ki, sürətli qocalmanı yavaşlatmaq üçün orqanizmin real ehtiyaclarından xəbərdar olmaq lazımdır:

“Yaş aldıqca loxmaları azaltmalı və addımları artırmalıyıq. Qocalma prosesini yavaşladan ən əhəmiyyətli amilhərəkətdir. Yaşlanma səbəbiylə fiziki yavaşlamaların qarşısını almaq üçün hərəkəti dayandırmamalısınız. Gəzinti və müxtəlif məşqlər etmək əzələ itkisinin qarşısını almaq üçün təsirli həll yollarından biridir. Üstəlik, bunun üçün bədəninizi çox yormağa ehtiyac yoxdur”.

Professor D vitaminini təbii yolla əldə etmək üçün günəşdən faydalanmağı tövsiyə edib. O, zülalla zəngin qidaların istehlakının da xüsusilə əzələlər üçün faydalı olduğunu diqqətə çatdırıb.

“Yaşlanma prosesində olarkən orqanizmin qocalmasının qarşısını almaq üçün Omeqa-3 yağ turşusu ilə zəngin yağlı balıq, kətan toxumu, qoz, çia toxumu və yaşıl yarpaqlı tərəvəzləri istehlak etməlisiniz.

Zülalla zəngin qidalara isə çərəzlər, paxlalılar, yumurta, ət və toyuq əti, süd məhsulları və s. daxildir”, - deyə Müftüoğlu vurğulayıb.


Aysel

Seçilən
68
21
Mənbələr
Şərh ()
Bağla