AZ

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Axit

Bakı, 23 aprel, AZƏRTAC

Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb. O, insanlar, onların məişəti haqqında fikirləşirdi. Fəhlələrdən biri Heydər Əliyevdən “Volqa” avtomobili xahiş etmişdi, cəmi bir neçə aydan sonra 5 maşın gətirildi. O, bizim qəhrəmanımız idi, həmişə inşaatçıların müraciətlərinə həssaslıqla yanaşırdı. Ona minnətdarıq, xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının (BAM) 50 illiyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündən sonra jurnalistlərə müsahibəsində “LiderStroy-M” MMC-nin baş direktorunun müavini Axit Qişlakayev söyləyib.

O əlavə edib: “Bu gün Qroznıdan çıxaraq BAM-da meşəqıran kimi çalışmağa başlamağımın 50 ili tamam olur. 1974-cü ildə BAM-a çalışmağa getdiyimiz zaman, birimlə bir vaqonda sizin həmyerliləriniz, Azərbaycan dəstəsi də vardı. Həmin vaxt çox sıx dostluq edirdik”.

A.Qişlakayev qeyd edib ki, BAM-da 37 il çalışıb və bu gün də işləməyə davam edir.

O, Azərbaycan və azərbaycanlılara böyük minnətdarlıq hissi bəslədiyini deyib: “Dostluğumuzla bağlı çox yaxşı xatirələrim var. Mənim orada (Azərbaycanda-red.) çoxlu dostlarım mövcuddur”.

 

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla