AZ

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Fransadan

Bakı, 23 aprel, AZƏRTAC

Fransanın şimal sahillərində La-Manş boğazını keçərək Britaniyaya getməyə cəhd edən azı beş miqrant həlak olub.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, gecə saatlarında yelkən açmağa çalışan miqrant qayıqlarının sayı məlum deyil. Hadisə ilə bağlı Vimereux çimərliyində geniş miqyaslı xilasetmə işləri aparılır.

Qeyd edək ki, Fransanın şimalındakı Kale bölgəsi Britaniyaya ən qısa keçid nöqtəsidir. Fransa dəniz səlahiyyətlilərinin açıqlamasına görə, 2023-cü ildə oradan kiçik qayıqlarla təxminən 36 min nəfər qeyri-leqal mühacir keçib.

Seçilən
65
1
Mənbələr
Şərh ()
Bağla