AZ

"Qarabağ"a vurulan qollara baxsaq, görərik ki…” – çempion niyə qalib gələ bilmir?

Maraqlıdı ki, "Qarabağ" son iki oyunda qələbə qazana bilmir.

Görəsən, buna səbəb nədi? Komanda çempion olduqdan sonra motivasiyasız qalıb? Bu suallarla təcrübəli mütəxəssis Aslan Kərimova müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri: "Son iki oyunda qələbə qazana bilmirlər. Lakin meydanda motivasiyasızlıq hiss olunmur. “Qarabağ” "Sabah"a məğlub olarkən Sekidika topu aparanda Yankoviçin onun arxasınca necə aqressiv qaçdığı açıq-aşkar görünürdü. Ona görə də buna motivasiyasızlıq demək olmaz. Amma oyunun bəzi epizodlarında konsantrasiya pozğunluğu olur. Bu da başadüşüləndi. Artıq çempionatın sonudu. "Qarabağ" çempionluğu təmin edib. Bu üzdən oyunçuların tam konsantrasiya ilə meydana çıxması çətin olur. Amma tək səbəb bu deyil. Çempionluğu təmin etdikdən sonra Qurban Qurbanov bəzi mövqelərdə rotasiya edir. Oyun praktikası üçün gənc və az oynayan futbolçulara imkan yaradır. Belədə müdafiə olunarkən bəlli səhvlərə yol verirlər. Bu da oyunu qalib bitirməyə imkan vermir. Zubir, Andrade, Juninyo kimi oyunçular meydanda olanda istənilən halda rəqibdən bir neçə dəfə artıq qol imkanları yaradırlar. "Qarabağ"a vurulan qollara baxsaq, görərik ki, hamısını əks-hücumda yaxalayıb vurublar. Düşünürəm ki, Qurban Qurbanovu və texniki heyətini belə səhvlər qayğılandırır".

GÜNAY SÜLEYMANOVA

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla