AZ

Uşaq ölümlərinin və yaralanmalarının yarısı partlayıcı maddələrdən qaynaqlanır-UNICEF

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) 2018-2022-ci illər arasında uşaq ölümlərinin və yaralanmalarının 49,8 faizinin partlayıcı maddələrin səbəb olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, UNICEF məsələ ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada insanların sıx məskunlaşdığı yerlərdə partlayıcı maddələrdən istifadənin xüsusilə uşaqlar üçün böyük risk yaratdığı bildirilib.

Qeyd olunub ki, müharibələr artdıqca açıq müharibə cəbhəsi üçün nəzərdə tutulmuş silahlardan şəhər, qəsəbə və kəndlərdə istifadə olunmağa başlanılıb.

Açıqlamada, 2018-2022-ci illər arasında 47 min 500 uşağın öldüyü və ya yaralandığı. Onların 49,8 faizinin məhz partlayıcı maddələr səbəbindən olduğu bildirilib. Həmçinin bu müddət ərzində partlayıcı maddələrin odlu silah və ya güllələrdən iki dəfə çox uşağın ölməsinə və ya yaralanmasına səbə olduğu qeyd edilib.

Eyni zamanda, beynəlxalq ictimaiyyətin mülki şəxslərin müdafiəsi üçün daha konkret addımlar atmalı olduğu vurğulanıb.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla