AZ

Xavi tarixi antirekordu təkrarladı

İspaniya çempionatının 32-ci turunda keçirilən "el klasiko"da "Real Madrid"ə məğlub olan (2:3) "Barselona"nın baş məşqçisi Xavi 84 illik antirekordu təkrarlayıb.

News24.az Fanat.Az-a istinadla xəbər verir ki, 44 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin tarixində ardıcılı 4 oyunda "Real"a uduzan ikinci çalışdırıcı olub.

Bunadək yalnız 1935-1940-cı illərdə "blauqrana"ya rəhbərlik etmiş Patrik Okonnell Madrid klubuna ardıcıl 4 görüşdə boyun əyib. 

Qeyd edək ki, Xavili "Barsa" əzəli rəqibinə İspaniya Kubokunun yarımfinalında 0:4, İspaniya Superkubokunda 1:4, cari mövsüm La Liqa çərçivəsində keçirilən ilk görüşdə isə 1:2 hesabı ilə uduzub.


Seçilən
25
Mənbələr
Şərh ()
Bağla