AZ

Lunin “Real Madrid”in təklifini rədd edib

"Real Madrid"in və Ukrayna millisinin qapıçısı Andrey Lunin İspaniya klubu ilə yeni müqavilə imzalamaq fikrində deyil.

BAKU.WS xəbər verir ki, bu barədə “TodoFichajes” məlumat yayıb.

Məlumata görə, ukraynalı müqavilənin şərtlərinin təkmilləşdirilməsinə baxmayaraq, klubun yeni müqavilə təklifini rədd edib.

Lunin komandada Tibo Kurtuanın kölgəsində qalmaqda davam etmək istəmir. Bildirilir ki, “Mançester Yunayted” qapıçıya “Real Madrid”in təklifindən xeyli üstün şərtlər təklif etməyə hazırdır, həmçinin ukraynalıya komandanın qapısında bir nömrəli rol vəd edir. Luninin Real Madridlə hazırkı müqaviləsi bir ildən sonra başa çatır.

Lunin 2018-ci ildən “Real Madrid”in şərəfini qoruyur. O, əvvəllər vətənində “Dnepr” və “Zarya Luqansk” klublarında çıxış edib. İspaniya çempionatının cari mövsümündə Lunin 20 oyun keçirib, 13 qol buraxıb.

Seçilən
67
2
Mənbələr
Şərh ()
Bağla