AZ

QIWI-ni 2024-cü ilin sonuna qədər ciddi itkilər gözləyir

QIWI qrupunun xaricdəki aktivlərinə sahib olan beynəlxalq QIWI plc şirkəti biznesin Rusiya hissəsinin satışı səbəbindən 2024-cü ildə 22,7 milyard rubl mümkün zərərin olacağını bildirir. 

Valyuta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Eyni səbəbdən 14,4 milyard rubl dəyərsizləşmənin tanındığı bildirilir. Eyni zamanda, QIWI iki il əvvəl fəaliyyəti dayandırılmış NASDAQ birjasında listinq etmək istəyir.

Bundan əvvəl Moskva Arbitraj Məhkəməsi QIWI Bankın ləğvi barədə qərar qəbul edib. Qeyd olunur ki, ləğvedicinin funksiyaları Əmanətlərin Sığortalanması Agentliyinə həvalə edilib.

2023-cü ilin yanvarında QIWI qrupu QIWI Bankı da daxil olmaqla Rusiya aktivlərini 23,75 milyard rubla Honq Konq Fusion Factor şirkətinə satıb. Sövdələşmənin şərtlərinə görə, əgər alıcı tam ödəniş edə bilmirsə, QIWI Fusion Factor və QIWI ASC-nin özünün səhmlərini özgəninkiləşdirmək hüququna malikdir.

Fevralın 21-də Rusiya Bankı tənzimləyici tələblərin və çirkli pulların yuyulmasına qarşı qanunvericiliyin pozulması səbəbindən QIWI Bank-ın lisenziyasını ləğv edib. Funksiyaları DİA-ya həvalə edilmiş bankda müvəqqəti administrasiya tətbiq edilib.

Mərkəzi Bankın sədri Elvira Nabiullina izah edib ki, QIWI bankının lisenziyasının ləğvi onun şübhəli əməliyyatları ilə bağlıdır.

Nicat

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla