AZ

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

BAM-ın

Bakı, 23 aprel, AZƏRTAC

Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi. Minnətdarlıq əlaməti olaraq, Anqoya stansiyasında qoyulmuş xatirə lövhəsi onun adını daşıyır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə “BAM birliyi” ümumittifaq ictimai təşkilatının Himayədarlar şurasının üzvü, Sosialist Əməyi Qəhrəmanı, Baykal-Amur Magistralı tikintisinin iştirakçısı Vyaçeslav Aksyonov bildirib.

Veteran qeyd edib: “Həmin vaxtlar, xüsusən də təqribən 70-ci illərin sonlarında Heydər Əliyev tez-tez tikintiyə baş çəkirdi. O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Nazirlər Sovetinin BAM-ın tikintisi üzrə komissiyasına rəhbərlik edirdi. Heydər Əliyev 1984-cü ildə BAM-da qatarların ikitərəfli hərəkətinin açılışı ərəfəsində Baykal-Amur Magistralına işgüzar səfər etdi. Anqoya stansiyası Zabaykalyedə - Baykal-Amur Magistralının 1181 kilometrliyində yerləşir. O, yeddi-on gün ərzində Baykal-Amur Magistralı boyu hərəkət edir, qəsəbələrə baş çəkir, inşaatçılarla görüşərək onların problemləri ilə maraqlanırdı. Sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi bütün problemlərə qulaq asaraq və onları qeyd edərək, artıq Moskvada bizim rəhbərliyə bütün bu məsələlərin həllində kömək edirdi. Həmin vaxt çoxlu mürəkkəb problemlər vardı və onların həlli yalnız Moskvadakı nazirliklərdə mümkün idi”.

 

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla