Azərbaycan I Liqasında çıxış edən “İmişli” klubunda Premyer Liqa hazırlıqlarına başlayıb.
Bu barədə İdmanxeber.az saytına klubun icraçı direkortu Aqşin Mürsəlov məlumat verib. O bildirib ki, mövsüm bitər-bitməz Heydər Əliyev adına İmişli şəhər stadionunda çalışmalar başlayacaq.
Klub rəhbəri meydançanın durumunun düzələcəyini və qazonun tamamən yeniləcəyini bildirib. O, bu məsələdə AFFA-nın da onlara köməklik edəcəyini vurğulayıb.