AZ

ABŞ Rusiyaya dəstək verən Çin banklarına sanksiyalar hazırlayıb - “The Wall Street Journal”

ABŞ Çini Rusiya hərbi-sənaye kompleksinə dəstəyi dayandırmağa məcbur etmək üçün iki güclü silahdan istifadə etmək niyyətindədir – Çin banklarına qarşı sanksiyalar və Çinlə sıx iqtisadi əlaqələri olan Avropanın təsiri.

Azpost.info xəbər verir ki, bunu vəziyyətlə tanış olan mənbələr “The Wall Street Journal”a bildiriblər.
Belə ki, Vaşinqton bir sıra Çin banklarını qlobal maliyyə sistemindən ayırmaq üçün onlara qarşı sanksiyalar paketi hazırlayır.

ABŞ rəsmiləri bildirirlər ki, Vaşinqton son həftələrdə Pekinə təzyiqi gücləndirib. Şəxsi görüşlərdə və telefon danışıqlarında silah istehsalında istifadə oluna biləcək malların ticarəti ilə məşğul olan maliyyə qurumlarına qarşı sərt tədbirlər görməyə hazır olduğu barədə xəbərdarlıq edib.

Maliyyə naziri Canet Yellen iki həftə əvvəl Pekinə səfərindən sonra açıq şəkildə xəbərdarlıq edib ki, Rusiyanın müdafiə sənayesinə hərbi və ya ikili təyinatlı mallar tədarük edən əhəmiyyətli əməliyyatlar həyata keçirən istənilən banklar ABŞ-ın sanksiyaları riskinə məruz qalırlar.

Bu məsələni çərşənbə axşamı Pekinə gələn ABŞ dövlət katibi Entoni Blinken də müzakirə edəcək. Birləşmiş Ştatlar sanksiya hədəsindən Çin liderlərini Rusiya hərbi sənaye kompleksinə dəstəyi azaltmağa inandırmaq üçün vasitə kimi istifadə etməyə ümid edir. Vaşinqton əmindir ki, Rusiya bunsuz öz hərbi gücünü bu qədər tez bərpa edə bilməzdi.

Bir il əvvəl Pekinə səfəri zamanı Blinken Çinə Rusiyaya hərbi yardım göstərməklə bağlı xəbərdarlıq etmişdi. Çin birbaşa silah satmaqdan çəkinsə də, lakin eyni zamanda çiplərin, elektronikanın, dəzgahların, müxtəlif avadanlıqların, təyyarə hissələrinin, pilotsuz təyyarələr və raketlər üçün mühərriklərin, tanklar və zirehli maşınlar üçün optik alətlərin əsas təchizatçısına çevrilib.

Azpost.info

Seçilən
93
50
Mənbələr
Şərh ()
Bağla