“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə il əvvəl korrupsiya cinayətlərinə görə məhkum edilmiş bir sıra məmurlar da bağışlanmaq istəyir.
Belə ki, əfv ərizəsi yazanlar arasında Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Mahir Quliyev, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri olmuş Vüqar Səfərli, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması - İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov da var.
Mahir Quliyevin vəkili Ceyhun Yusifov saytımıza bildirib ki, 4 ildir həbsdə olan müvəkkili ağır xəstəlikdən əziyyət çəkir. Xüsusilə bu səbəbdən onun ailəsi tərəfindən də əfv olunması üçün müraciət edilib.
Məlumat üçün bildirək ki, 2021-ci ildə həbs edilən Vüqar Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum olunub. Mahir Quliyev və Zakir Sultanov isə 2020-ci ildə həbs ediliblər. Eks-icra başçısına 11 il, Xidmət rəisinə isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının üzvləri müraciətlərə baxarkən ağır cinayətdə ittiham olunan şəxslərin cəzasının yarı hissəsini çəkməsi əsas götürülür. Buna baxmayaraq, cəzasının yarısını çəkməyən şəxslər də əfv edilə bilər. Əvvəllər bu cür hallar olub.
10Mənbələr
-
azxeber.comBaxçalıdan XƏBƏRDARLIQ: İranın başına gələn Türkiyənin başına da gələ bilər ( 6689884)
-
apa.azTürkiyəli nazir: Rəisinin vertolyotunda siqnal sistemi ya sönülü olub, ya da ümumiyyətlə olmayıb ( 6680491)
-
turkustan.azTürkiyənin nəqliyyat Rəisi qəzasını BELƏ ŞƏRH ETDİ ( 6673708)
-
nocomment.azTürkiyəli nazir: Rəisinin vertolyotunda siqnal sistemi ya sönülü olub, ya da ümumiyyətlə olmayıb ( 6673225)
-
azpolitika.info"RƏİSİNİ ARADAN GÖTÜRMƏK ÜÇÜN TƏXRIBAT OLA BİLƏR” - "Helikopterin qalıqlarının tapıldığı yerdən də görünür ki..." ( 6665554)
-
turan.az'İranın birinci şəxsinin şah dövründə alınan helikopter ilə...' ( 6662587)
-
baki-xeber.comİranın sabiq XİN başçısı ABŞ-ı günahlandırdı... ( 6662581)
-
kommersant.azHelikopter faciəsinin əsas günahkarlarından biri ABŞ-dir - İranın sabiq xarici işlər naziri ( 6660784)
-
azmedia.azMaksimum 50 gün ərzində İranın yeni prezidenti seçilməlidir - Xamenei ( 6659968)
-
news24.azƏrdoğan: "İranın yanındayıq" ( 6657742)