AZ

İsrail Livana hava zərbəsi endirdi: daha bir Hizbullah üzvü öldü

İsrail ordusunun Livanın cənubundakı Sidon şəhərinə təşkil etdiyi hava hücumunda daha bir Hizbullah üzvü ölüb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu İsrail Ordusunun sözçüsü Aviçay Adraee X sosial media hesabında açıqlayıb.
 
Belə ki, İsrail ordusu gecə saatlarında Livanın cənubundakı bir çox nöqtədə Hizbullah hədəflərinə hava zərbələri endirib.

Hücumda Hizbullah üzvü Məhəmməd Halil Atiyyenin öldüyü bildirilsə də, başqa təfərrüatlar paylaşılmayıb.

Son məlumatlara görə, İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabr 2023-cü ildən davam edən qarşıdurmalarda 284 Hizbullah üzvü, 54 Livan vətəndaşı, 18 Əməl Hərəkatı, 13 Həmas, 12 İslami Cihad üzvü, 7 İsrail vətəndaşı və 12 əsgər həlak olub.
 
Mikayıl
Seçilən
16
Mənbələr
Şərh ()
Bağla