AZ

Ömürlük azadlıqdan məhrum edilən şəxslər əfvdən yararlana bilərmi? - AÇIQLAMA

Ömürlük azadlıqdan məhrum edilən şəxslər əfvdən yararlana bilərmi? - AÇIQLAMA

Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər əfvdən yararlana bilər?

Məsələ ilə bağlı vəkil Elvin Əliyev Sonxeber.az-a açıqlama verib.
ÖmürlükVəkil məsələyə aydınlıq gətirib:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla, fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Əfvetmə, bir qayda olaraq, bu Əsasnamənin müddəalarına uyğun olaraq həyata keçirilir. Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir.

Əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə:

-məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə bilər;

-məhkuma təyin olunmuş cəzanın müddəti azaldıla bilər;

-məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.

Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər.

-Əfvetmə barədə müraciət, bir qayda olaraq, aşağıdakı müddətlərdə verilə bilər:
-islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – hökm qanuni qüvvəyə mindikdən sonra;
-az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;
-ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;
-ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra; -məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra.

Əfvetmə barədə müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:

1. məhkum olunmuş şəxsin soyadı, adı, atasının adı;
2. məhkum olunmuş şəxsin doğulduğu il, ay, gün və yer;
3. məhkum olunmuş şəxs barədə hökmü çıxarmış məhkəmənin adı, hökmün çıxarıldığı tarix, hökmün nəticəvi hissəsinin qısa məzmunu (isə yuxarı instansiya məhkəmələrində baxılmışsa, həmçinin məhkəmələrdə işə baxılmasının nəticəsi barədə məlumat);
4. məhkum olunmuş şəxs barədə cəzanın növü, həddi, cəzanın çəkilməmiş müddəti və cəza çəkdiyi yer (məhkum olunmuş şəxs azadlıqdan məhrum olunmamışdırsa, həmçinin onun yaşadığı yer);
5.məhkum olunmuş şəxsin şəxsiyyəti, o cümlədən səhhəti və ailə vəziyyəti, habelə iş üçün əhəmiyyətli olan hallara dair digər zəruri məlumatlar;
6. törədilmiş cinayətlərə bağlı şəxsin peşmançılıq çəkməsi, vurulmuş maddi zərərin ödənilməsi və əfvetmənin mümkünlüyünü göstərən digər hallar.

-Əfvetmə barədə müraciət məhkum olunmuş şəxsin müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verildikdə, onun soyadı, adı, atasının adı, iş yeri və ya yaşadığı yer göstərilməlidir.

-Əfvetmə barədə müraciət onu vermiş məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və yaxud qanuni nümayəndəsi tərəfindən imzalanmalıdır. Müdafiəçi, nümayəndə və ya qanuni nümayəndə müraciətinə öz səlahiyyətlərini təsdiq edən sənəd də əlavə etməlidir.

-Əfvetmə barədə məsələni həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqlarına dair müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da öz vəsatəti ilə qaldıra bilər. Cinayət törədərkən on dörd yaşından on səkkiz yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da vəsatət verə bilər.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla