AZ

Mərkəzi Bankdan Azərbaycan Sahibkarlar Konfederasiyasına transfer olub

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.

Bu barədə Demokrat.az-a qurumdan bildirilib. Məlumata görə, konfederasiyanın prezidenti Məmməd Musayevin əmri ilə bu vəzifəyə Ziya Cahangir oğlu Hacılı təyin edilib.

Qeyd edək ki, Ziya Hacılı Bakı Dövlət Universitetini bakalavr və magistr pillələri üzrə fərqlənmə diplomu ilə bitirib, təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi, NATO məktəbi, Avropa Kolleci daxil olmaqla bir sıra tədqiqat mərkəzlərində kommunikasiya bacarıqları, transformasiya, yenidənqurma və s. mövzularda proqramlarda iştirak edib. Tarix üzrə fəlsəfə doktorudur.

Seçilən
61
9
Mənbələr
Şərh ()
Bağla