AZ

"1 milyard pul götürüldü, dağıdıldı, layihə göz dağı kimi qaldı"

"Qaradağda dənizdə layihə üçün Dünya Bankından 1 milyard pul götürüldü, faktiki olaraq bu pul dağıdıldı. Qaradağda dənizdə olan yarımçıq tikinti göz dağı kimi orada qalır".

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, dövlətin payı olan bankların və fondların bu cür layihələri maliyyələşdirilməsinə qadağa qoyulmalıdır: 

"Bank zəmanəti olmalıdır. Hesab edirəm ki, bu bank dövlət bankı ola bilməz. Ona görə ki, biz, gələcəkdə dövlət bankını özəlləşdirməyə də çıxara bilərik. Və o zaman özəl kommersiya bankının rəhbəri heç ümumiyyətlə o öhdəliklərdən imtina edə bilər. Deyə bilər ki, tutaq ki, bu avantürist layihədir, niyə bu layihəni maliyyələşdirməliyəm. Ona görə də dövlətin payı olan bankların və fondların bu cür layihələrin maliyyələşdirilməsinə qanunvericiliklə qadağa qoyulmalıdır.
 
Seçilən
29
2
Mənbələr
Şərh ()
Bağla