“Əl-Nəsr” yayda heyətini Kevin De Bruyne ilə gücləndirmək istəyir.
İdmanxeber.az məlumat verir ki, Səudiyyə Ərəbistan klubu yaxın günlərdə belçikalı yarımmüdafiəçiylə danışıqlara başlayacaq.
De Bruynenin “Mançester Siti” ilə 2025-ci ilə qədər müqaviləsi var. O, 2015-ci ildən “şəhərlilər”də çıxış edir.
Belçikalı oyunçunun dəyəri transfermarkt portalına görə 60 milyon avrodur.