AZ

Qəzzada hücum anı kameralara düşdü - VİDEO

İsrail Qəzza zolağının Əl-Tuffah məhəlləsini vurub. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərində çadırların arxasında yerləşən Əl-Tuffah məhəlləsi hücumların hədəfi olub. 

Hücumlar gecə boyu davam edərkən dağıntılar altından həyatını xilas etməyə çalışanlar yeni hücumlarla qarşılaşıblar. Partlayış anı kameraya belə düşüb.

Hücum nəticəsində neçə nəfərin öldüyü və ya yaralandığı məlum deyil. Fələstin Qızıl Ayparası da çadırların içərisində partlayış anlarını lentə alıb.

Məlumat üçün qeyd edək ki, oktyabrın 7-dən bu yana İsrailin hücumları nəticəsində 34 min 97 nəfər həyatını itirib, 76 min 980 nəfər isə yaralanıb.
 
Nəzrin