AZ

İrandan Azərbaycan və Ermənistan arasında sərhəd məsələləri ilə bağlı əldə olunan razılaşmalara reaksiya

İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunan razılaşmaları alqışlayıb və tərəfləri regionda sabitlik üçün səyləri davam etdirməyə çağırıb. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, Azərbaycan və Ermənistanın sərhəd məsələlərini bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət çərçivəsində sülh yolu ilə həll etmək səylərinin davam etdirilməsi Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, aprelin 19-da komissiyanın iclasında Azərbaycan və Ermənistan Alma-Ata bəyannaməsi əsasında sərhədin yaradılması barədə razılığa gəliblər və Ermənistan tərəfi də 4 kəndi Azərbaycana qaytarmağı öhdəsinə götürüb.

//Samir Qurbanov, Editor.az

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla