AZ

"Azərbaycan ərazi mübadiləsinə gedə bilər" - Politoloq

“Ermənistanın Qazaxın dörd kəndini danışıqlar əsasında Azərbaycana qaytarması iki ölkə arasında müharibə ehtimalını aşağı saldı. Məhz son 30 ildə ilk dəfə ikitərəfli danışıqlar müsbət nəticə verdi və ərazi məsələsi hərbi əməliyyatlarsız həllini tapdı. Əgər danışıqlar prosesində Rusiya və Avropanın digər ölkəsi iştirak edirdisə, heç bir müsbət nəticə olmayacaqdı. Növbəti mərhələdə anklav kəndlərin və Gədəbəyin Başkənd kəndinin məsələsi müzakirə olunacaq”.




Bunu Bakupost.az -a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesində Azərbaycan anklavlarla bağlı mübadilə edə bilər. Əgər, dörd kəndlə bağlı müsbət nəticə varsa, demək qarşılıqlı etimad mühiti yaranıb. İki ölkə arasında delimitasiya və demarkasiya prosesi davam edəcəksə, tərəflər Zəngəzur yolunun açılmasını razılaşdıracaq:


“Zəngəzur yolunun açılması Ermənistan hakimiyyətinin siyasi iradəsindən asılıdır. Azərbaycanın Zəngəzur yolu üçün heç bir hərbi təzyiqlərə əl atması gözlənilmir. Ermənistan rəhbərliyi Zəngəzur yolunun açılmasına bir şərtlə gedir ki, təhlükəsizlik və gömrük sisteminə özü nəzarət etsin. Azərbaycan bununla o halda razılaşa bilər ki, Zəngəzur yolundan Naxçıvana daşınan yüklər və Azərbaycan vətəndaşları üçün imtiyazlı güzəştlər tətbiq edilsin. Ermənistan tərəfi yolun açılmasına gedəcəksə, İran tərəfi bununla razılaşacaq”.

Sevinc
BakuPost
Seçilən
49
Mənbələr
Şərh ()
Bağla