AZ

Azərbaycanda elektron siqaretlər qadağan olunacaq? – Deputat MM-də məsələ qaldırdı

“Bir növ siqaretçəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu Azərbaycanda da geniş yayılmış siqaretçəkmə formasıdır. Bunlar buxarlanma yolu ilə ingiliscə “vape” adlanan birdəfəlik siqaretlərdir”. 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 23 aprel tarixli iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili deyib. 

 

O bildirib ki, araşdırmaya görə, bu, gənclər arasında geniş yayılan, dəb halını alan, amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq elektron siqaretlərdir:


"Əgər xanım sədr, siz də icazə versəniz, Aqrar siyasət komitəsi ilə kiçik araşdırma aparardıq. Əksər ölkələrdə bu, qadağandır. Azərbaycanda qadağan deyil və il ərzində təxminən 3 milyona yaxın birdəfəlik elektron siqaret Azərbaycana idxal olunur. Əgər iqtisadi cəhətdən bu zərər verməzsə və ya digər məsələlər önə çıxmazsa, biz bu məsələ ilə bağlı təşəbbüslə çıxış edə bilərik”, - deputat vurğulayıb.

 

Firuzə Əliyeva
 

Seçilən
60
22
Mənbələr
Şərh ()
Bağla