AZ

Novak Cokoviç Lionel Messini qabaqlayıb - FOTO

İlin ən yaxşı idmançılarına verilən “Laureus” mükafatlarının təltifetmə mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, ilin ən yaxşı kişi və qadın idmançısı, həmçinin digər nominasiyalarda mükafatın sahibləri bəlli olub.

Serbiyalı tennisçi Novak Cokoviç ilin idmançısı seçilib. O, argentinalı Lionel Messi, norveçli Erlinq Haland, isveçli şüvüllətullanan Arman Dyuplantis, amerikalı sprinter Noa Laylz və niderlandlı pilot Maks Ferstappeni də geridə qoyub.

İlin ən yaxşı qadın idmançısı isə “Barselona”nın futbolçusu Aytana Bonmati olub. “Real”ın və İngiltərə millisinin üzvü Cud Belingem “İlin tərəqqisi”, amerikalı gimnast Simone Beyls “İlin geri dönüşü” mükafatına sahib çıxıb.

İspaniya futbol millisi “İlin komandası” adına layiq görülüb. Fiqurlu konkisürən Arisa Tryu “İlin idman hərəkəti”, tennisçi Didye de Qrot əlil idmançılar üçün nəzərdə tutulan mükafata yiyələnib.

İspan tennisçi Rafael Nadalın sahib olduğu fond isə Hindistan və İspaniyadakı təməlqoyma və təhsil layihələrinə görə mükafatlandırılıb.

Qeyd edək ki, bu “Laureus”un sayca 25-ci mükafatlandırma mərasimi olub.

İdman.biz

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla