AZ

Tiaqo Silva "Çelsi"dən ayrılacaq

"Çelsi"nin müdafiəçisi Tiaqo Silva bu mövsümün sonunda komandanı tərk edəcək.

"Unikal"  xəbər verir ki, bu barədə "The Standard" məlumat yayıb. 39 yaşlı oyunçunun  London klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Braziliyalı futbolçunun klubdan ayrılmaqla bağlı artıq qərar verdiyi bildirilib.

Onunlakeçmiş klubu “Fluminense” maraqlanır.

Qeyd edək ki, bu mövsüm Silva bütün turnirlərdə "Çelsi"nin 32 matçında iştirak edib və 4 qol vurub.

Seçilən
31
50
Mənbələr
Şərh ()
Bağla