AZ

Diniyev sevinən tərəf oldu

Futbol üzrə Türkiyə 1-ci liqasında 31-ci tura yekun vurulub.

“Football-plus.az” xəbər verir ki, dünən Azərbaycan millisinin üzvlərinin forma geyindiyi komandalar üz-üzə gəlib. Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyəspor" doğma meydanda Ramil Şeydayevin şərəfini qoruduğu "Kocaelispor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olub. Onların hər ikisi matça start heyətdə meydana çıxıb. Coşqun 79-cu dəqiqədə əvəzlənibsə, Ramil 90 dəqiqə meydanda olub.

31 turdan sonra 52 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Xallarını 37-yə yüksəldən "Ümraniyespor" isə 11 yerdədi.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla