AZ

“Ukraynalı əsgərlər muzdluların cəsədlərini götürmək istəmir” - Kimakovski

Ukrayna Silahlı Qüvvələrinin əsgərləri ölən əcnəbi muzdluların cəsədlərini təxliyə etməkdən imtina edirlər.

Herbiand.az xəbər verir ki, bu barədə TASS agentliyinə tanınmamış “Donetsk Xalq Respublikası” rəhbərinin müşaviri İqor Kimakovski məlumat verib.

“Ukrayna hərbçiləri əgər cəsədləri götürürlərsə, əsasən ukraynalılara üstünlük verirlər. Təcrübə göstərdiyi kimi, heç kim çətin vəziyyətdə muzdluları öz üzərinə götürmək istəmir”, - deyən müşavir muzdluların cəsədlərini Rusiya Silahlı Qüvvələrinin əsgərləri tərəfindən basdırıldığını bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri cəsədləri rəmzlər olmadan tərk etməyə çalışırlar: “Lakin tələsik hər şeyi etmək mümkün deyil. Ölənlərin yanında şəxsi əşyalar, minimal sənədlər, bəzən hətta plastik kartlar da qalır”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
107
42
Mənbələr
Şərh ()
Bağla