AZ

Yıxılan fotoqrafa kömək edən Tom Kruz gündəm oldu - FOTO/VİDEO

"Mission impossible" filmlərinin ulduzu Tom Kruz dünya məbuatının gündəmini zəbt edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Viktoriia Bekhemin ad gününə qatılan aktyoru çəkən fotoqraflardan biri izdihamda müvazinətini itirərək yıxılıb.

Bunu görən Tom dərhal ona ayağa qalxmağa kömək edib.

Fotoqraf isə sadəcə təəccüb içində ona kömək edən Tomu izləyib.

Hollivud ulduzunun bu alicənab addımı dünya mətbuatında manşet olub. Sosial şəbəkələrdə yayılan görüntü rəğbətlə qarşılanıb. Aktyoru sevənlər onun ünvanına xoş sözlər söyləyiblər. 

BAKU.WS həmin görüntüləri təqdim edir:

Seçilən
52
2
Mənbələr
Şərh ()
Bağla