AZ

Aktotı Raimkulova BMT rəsmisi ilə görüşüb (FOTO)

Bakı. Trend:

21 aprel 2024-cü il tarixində Türk Mədəniyyəti və İrsi Fondununprezidenti Aktotı Raimkulova BMT-nin Cenevrə bölməsinin Başdirektoru Tatyana Valovaya ilə görüşüb.

Trend-in TurkicWorld-ə istinadənməlumatına görə, görüş A. Raimkulovanın İsveçrəyə rəsmi səfərininmühüm tərkib hissəsi olub və o, Türk Əməkdaşlıq Təşkilatlarınınbirgə təşkilatçılığı ilə keçirilən “Cenevrədə Türk həftəsi”tədbirlərində iştirak edib.

Görüş zamanı Fondun gələcək planları müzakirə olunub, beynəlxalqmədəni əməkdaşlıq vurğulanıb. Aktotı Raimkulova Türk dünyasınınmədəni zənginliyini nümayiş etdirməklə sivilizasiyalararasıanlaşmanı təşviq etmək üçün Fondun BMT ilə tərəfdaşlığa maraqlıolduğunu bildirib. Tatyana Valovaya Fondun mədəni diplomatiyavasitəsilə mədəni müxtəlifliyin vurğulanması səyləriniqiymətləndirib.

Fond və YUNESKO arasında Türk xalqlarının mədəni irsobyektlərinin beynəlxalq irs siyahısına transsərhədnominasiyalarının irəli sürülməsi və Divanü Lüğat-it-Türkün 950illiyi kimi mühüm tarixlərin qeyd olunması yönündə genişlənənəməkdaşlıq müsbət qiymətləndirilib.

Tərəflər əməkdaşlığın genişləndirilməsinə dair yeni imkanlarınaraşdırılması yönündə əlaqələri davam etdirməyə razılaşıblar.

Aktotı
Seçilən
49
Mənbələr
Şərh ()
Bağla