AZ

İranda məcburi hicab qaydaları növbəti dəfə sərtləşdirilir

İranda məcburi hicab qaydalarının növbəti sərtləşdirilməsi ilə bağlı yenidən xəbərdarlıq edilib.

Bu barədə İran polisinin baş komandanı Əhmədrza Radan xəbərdarlıq edib.

O, İran parlamentinin Mədəniyyət Komitəsinin üzvləri ilə keçirdiyi görüşdə hicab məsələsində güzəştə getməyəcəklərini deyib.

Radan hicab qaydalarının tətbiqi ilə bağlı Nur layihəsinin (məcburi hicab) tətbiq edilməsinə hökumət və məhkəmə sisteminin tam dəstək verdiyini söyləyib.

Polis komandanı yeni mərhələdə məcburi hicab qaydalarının tətbiqinin daha sərt şəkildə davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, aprelin 13-dən İranın əksər şəhərində məcburi hicab qaydaları ilə bağlı tədbirlər gücləndirilib.

Bu, vətəndaşlarla hökumət məmurları arasında qarşıdurmalara və onlarla şəxsin həbs edilməsinə səbəb olub.

Qaydaların dahada sərtləşdirilməsi isə bir müddət əvvəl isə Əli Xaməneinin məcburi hicab qaydalarının tətbiqi ilə bağlı çağırışından sonraya təsadüf edir.

"Biz heç vaxt hicab məsələsində güzəşt etməmişik, hicab bizim əsas prinsiplərimizdən biridir",- Xamənei bildirmişdi.

visiontv.az



Seçilən
72
Mənbələr
Şərh ()
Bağla