AZ

Nikol Paşinyan Azərbaycanın şərtlərini qəbul edir - amerikalı ekspertlər Bakı və İrəvan arasında sülh perspektivləri haqqında

19 aprel Azərbaycan-Ermənistan münasibətlərinintənzimlənməsində əlamətdar tarix oldu. İkitərəfli təmaslarınnəticələrinə əsasən, Ermənistan Qazaxın işğal edilmiş kəndləriniAzərbaycana qaytarmağa razılaşdı. Azərbaycanın hələ 2020-ci ildədelimitasiya prosesinin məhz Qazax rayonu ərazisindən başlamasınadair qaldırdığı məsələnin həlli Prezident İlham Əliyevin uzaqgörənsiyasətinin növbəti qələbəsi oldu.

ABŞ Ali hərbi-dəniz donanma məktəbinin müəllimi, xarici siyasətüzrə mütəxəssis Brenda Şafferin fikrincə, Ermənistan nəhayətAzərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün konkret addımlaratmağın vacibliyini dərk etməyə başlayıb.

"Ermənistanın işğal etdiyi dörd Azərbaycan kəndindən çıxmağarazılaşması İrəvanın Sovet dövrü sərhədlərinə əsaslanan ərazibütövlüyü prinsipləri üzrə sərhədlərin müəyyənləşdirilməsinə artıqrazı olduğundan xəbər verir. Ermənistan tərəfindən bu addım sülhsazişi və ya münasibətlərin normallaşması haqqında bir sırasazişlərin imzalanması istiqamətində irəliləyişdən xəbər verir", -deyə ekspert bildirib.

Həqiqətən, bu gün Bakı və İrəvan sülh sazişinin imzalanmasınaheç vaxt olmadığı qədər yaxındır. Azərbaycan tərəfindən bütünistiqamətlərdə görülən intensiv işlər öz bəhrəsini verir,Ermənistan isə cavab reaksiyası nümayiş etdirir.

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bununla bağlıbildirib ki, baş nazir Paşinyan Ermənistanın bu dörd kəndiAzərbaycana qaytarmalı olduğunu və bunun düzgün addım olduğunuartıq xalqa deyib.

"Bu, baş nazir Paşinyanın sülh sazişinə və Azərbaycanlasərhədlərin delimitasiyası haqqında sazişə sadiqliyini nümayişetdirir. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan sülhsazişinin əldə edilməsinə sadiqdir və bu proses sürətlənir", - deyəo əlavə edib.

Yəqin ki, bu razılaşmaların əsas aspektlərindən biri Bakı vəİrəvanın üçüncü tərəflərin hər hansı müdaxiləsi olmadan irəliləyişəldə etməsi faktı oldu. Hərçənd Azərbaycan normallaşma prosesininilk günlərindən bildirib ki, Ermənistanla ortaya çıxan bütünməsələlər ikitərəfli qaydada həll edilməlidir. Görünür, NikolPaşinyan artıq anlayır ki, nə Vaşinqton, nə də Brüssel CənubiQafqaza sülh gətirə bilməz.

Əlbəttə, həm Aİ, həm də ABŞ Bakı və İrəvan arasında əldə olunmuşrazılaşmaları müsbət qarşıladı. Brenda Şaffer bununla bağlı haqlıolaraq qeyd edib ki, indiyədək Qərb tərəfindən Azərbaycanın ərazibütövülüyünə qarşı ayrı-seçkilik siyasəti aparılıb.

"ABŞ və Avropanın Azərbaycanın ərazi bütövlüyü hüququnutanıdıqlarını və bununla bağlı əvvəlki siyasətə son qoyulduğunugörmək sevindirici haldır", - o deyib.

Əlbəttə, hələlik şərti olan Azərbaycan-Ermənistan sərhədində Aİmüşahidəçilərinin olduğunu və Ermənistana xüsusən Fransa tərəfindəngöstərilən böyük təzyiqi gözardı etmək olmaz. Erməni baş nazir hələki, bununla ölkənin siyasi kursunu dəyişməyə çalışır, Azərbaycanlasülh sazişi üzrə xüsusi irəliləyiş baş verməyib. Lakin ParisinAzərbaycanın guya Ermənistana hücum etməyi planlaşdığı, ona qarşıərazi iddiaları irəli sürdüyünə dair təbliğatı artıq tamamilətəkzib olunub. İndi Makrona nə cavab veriləcəyinə və sərhəddəkiyüzlərlə avropalı ilə nə ediləcəyinə Nikol Paşinyan qərarverməlidir.

Ermənistan öz siyasətini və iqtisadiyyatını hansı istiqamətdəinkişaf etdirmək istədiyinə özü müstəqil şəkildə qərar verməlidir.Lakin yadda saxlamaq lazımdır ki, Azərbaycanla sülh prosesininləngiməsi Ermənistanın regiondakı mühüm tranzit və enerjilayihələrinə reinteqrasiyasına mane olmağa davam edəcək, halbukiİrəvan da buna nail olmaq istəyir.

Brenda Şafferin fikrincə, Azərbaycanla sülh sazişininimzalanmasının Ermənistan üçün iqtisadi faydalarıaçıq-aşkardır.

"İndiyədək Ermənistan nəqliyyat infrastrukturunun açılmasınamüqavimət göstərirdi. İroniya ondadır ki, regionda ticarətyollarının açılmasından ən çox Ermənistan qazanacaq. ErmənistanMərkəzi Asiyaya çıxış imkanı əldə edə bilər. Ola bilsin ki,Ermənistan və Azərbaycan sülh sazişinin imzalanmasında mühümirəliləyiş əldə etsələr, Türkiyə də Ermənistanla öz ticarətyollarını açar. Bu, ölkə üçün bir çox imkanlar yaradacaq", - deyəŞaffer vurğulayıb.

İrəvandan müsbət siqnallar getdikcə daha çox nəzərə çarpır.Deyəsən İrəvan nəhayət anladı ki, Azərbaycanla sülh sazişiimzalanmadan ticari əlaqələrin genişlənməsinə, həmçinin Qərb vəŞərq bazarlarına çıxış imkanına, eləcə də elementar sabitliyintəmin olunmasına ümid etmək olmaz.

Keçmiş səfir Metyu Brayzanın qeyd etdiyi kimi, İrəvan carisiyasi kursu qoruyub saxlasa, sülh sazişi tezliklə reallığa çevriləbilər.

"Ötən ilin dekabr ayında hər iki tərəf təkcə əsir mübadiləsideyil, həm də sülh prosesinin davam etməsi barədə razılığa gəldikdəböyük addım atıldı", - deyə Brayza bu cür müsbət addımları davametdirməyin vacibliyini vurğulayıb.

Son zamanlar Nikol Paşinyan qərbli tərəfdaşlarla, QazaxıstanPrezidenti ilə və ya öz parlamentinin qarşısında çıxış etməsindənasılı olmayaraq, İrəvanın Bakı ilə bütün məsələləri tez bir zamandatənzimləməyə hazır olduğunu bəyan edir. Lakin onun bəyanat vəfəaliyyətinin dəyişkənliyini nəzərə almaq lazımdır. Axı 2-ciQarabağ müharibəsinin bitməsindən sonra ötən 4 il ərzində sülhsazişinin imzalanmasında real irəliləyiş əldə olunmayıb. Görünür,Nikol Paşinyan bu fikirdədir ki, gec olsun, güc olsun.

Ermənistan növbəti addımına qərar verənədək Azərbaycanbir-birinin ardınca zəfərlər qazanmağa davam edəcək. 2023-cü ilinsentyabrında ölkənin suverenliyini bərpa etməsi, Rusiyasülhməramlılarının Qarabağdan çıxarılması, indi isə tək bir atəşaçmadan dörd kəndin üzərində nəzarətin geri qaytarılması - bütünbunlar Prezident İlham Əliiyevin uzaqgörən və ardıcıl siyasətininnəticələridir.

Görünür, İrəvan anlaylb ki, Bakının təklif etdiyi şərtlərdənyaxşı həll yolu yoxdur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
34
50
Mənbələr
Şərh ()
Bağla