AZ

ABŞ dövlət katibi Çini soyqırımda ittiham edərək Pekinə getdi

ABŞ dövlət katibi Antoni Blinken Pekinə planlaşdırılan səfərindən əvvəl Çini soyqırımda ittiham edib.

Editor.az bu barədə ” Fox News” istinadla xəbər verir. Kanal xarici işlər nazirindən sitat gətirir: “Çin Sincanda əsasən müsəlman uyğurlara və digər etnik və dini azlıqlara qarşı soyqırım, insanlığa qarşı cinayətlər, məcburi əmək və digər insan haqları pozuntuları törədir”.

Müəlliflər qeyd edirlər ki, Pekin illərdir bu ittihamları rədd edir və konsentrasiya düşərgələrini terrorizm, separatizm və dini radikalizmlə mübarizə üçün nəzərdə tutulmuş “peşə təhsili mərkəzləri” kimi xarakterizə edir.

Qeyd edək ki, Blinkenin aprelin 24-dən 26-dək diplomatik səfərlə Çinə səfər edəcəyi bildirilirdi. O, bir sıra ikitərəfli, regional və qlobal məsələlərlə bağlı narahatlığını bildirməyi planlaşdırır.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla