AZ

Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda rəsmi səviyyədə yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırdı

Bakı. Trend:

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq ƏdalətMəhkəməsində “Azərbaycan Ermənistana qarşı” iş üzrə Ermənistanınilkin etirazları əsasında keçirilən dinləmədə Qaregin Njdenin vəonun irqçi ideologiyasının azərbaycanlılara qarşı həyata keçirilənetnik təmizləmələrdəki rolundan danışıb.

Trend xəbər verir ki, ElnurMəmmədov işğal illərində Ermənistanın Njdenin ideoloji davamçısıolduğunu bəyan edən partiya tərəfindən idarə edildiyini, onuntəlimlərinin bu gün də rəsmi səviyyədə yaşadıldığını, müxtəliferməni faşist qrupları tərəfindən də mənimsədildiyini BƏM-inhakimlərinin diqqətinə çatdırıb.

Elnur Məmmədov Njdenin təlimatlarının həmçinin işğalı təşviqetdiyini diqqətə çatdırıb.O, “Tseğakron” ideologiyasından bir neçəsitatı məhkəmənin diqqətinə çatdırıb: “Müasir Ermənistan bizim(ermənilərin) tarixi vətənimizin yalnız 19-da 1 hissəsini əhatəedir… Mən “Tseğakron”am və mən öz irqimin düşmənini, Türkləriməğlub etməliyəm”, - sitatda qeyd olunub.

Elnur Məmmədov onu da qeyd edib ki, Njde bu gün də Ermənistandamilli qəhrəman olaraq qalır.

Qeyd edib ki, onun şərəfinə hazırlanmış abidələrdən birininaçılışını 2016-cı ildə Ermənistan Prezidenti edib.

Seçilən
63
3
Mənbələr
Şərh ()
Bağla