Dekabr ayından etibarən elektromobil satışı azalır. İstər Çində, istərsə də ABŞ və Avropada.
Avtosfer.az xəbər verir ki, ən ciddi azalma Avropa ittifaqında baş verib. Mart ayında İttifaqın avtomobil bazarının 5,2% kiçilməsi fonunda elektromobil satışları 11,3% azalıb. Hesabat dövründə qitədə 1 031 875 təzə avtomobil satılıb ki, bunun da 134 397-si elektromobil olub. Elektromobil satışının ən ciddi gerilədiyi ölkə Almaniya olub – 29%.
Hesabat dövründə Avropada hibrid avtomobillərin satışında artım qeydə alınıb.
Vüqar