AZ

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Dövriyyəsi

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin aprelin 23-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, dekstrometorfan və buprenorfin dərman vasitələrinin adları dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr siyahısından çıxarılıb.

Layihəyə görə, dekstrometorfan (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır) və buprenorfin Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr sırasına daxil edilir.

Seçilən
56
13
Mənbələr
Şərh ()
Bağla