AZ

“Narkotik artıq məktəblərə yol tapıb” - Siyavuş Novruzov

“Narkotik artıq məktəblərə yol tapıb”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Gün ərzində mətbuatda görürük ki, 5 nəfərdən 50 nəfərə qədər insan narkotik ticarəti ilə bağlı məsuliyyətə cəlb olunub. Bunlar sadəcə onun ticarəti ilə məşğul olanların say göstəricisidir. İndi görün ölkədə narkotik qəbul edənlərin sayı nə qədərdir? Bu insanların müalicəsi üçün dispanserlər yoxdur. Bir dispanser var idi, onun da rəhbərliyi korrupsiya üstündə məsuliyyətə cəlb edildi. “İran vətəndaşından almışam” ifadəsi var. Kimdir bizim ölkəni zəhərləyən, İran vətəndaşı? Narkotiklə mübarizəni ciddiləşdirməliyik. Bu problem hər bir şəxsin qapısını döyə bilər. Azərbaycanın milli mentalitetinə zidd olan və Azərbaycan uşaqlarının gələcəyini məhv edən bu sistemə son qoyaq”. 

Humay İSGƏNDƏRLİ

Seçilən
64
9
Mənbələr
Şərh ()
Bağla