AZ

Aysun ilk dəfə qızına qoyacağı adı açıqladı

Ana olmağa hazırlaşan müğənni Aysun İsmayılova qız övladına qoymaq istədiyi adı açıqlayıb.
 
O bu haqda Tarix Əliyevin aparıcısı olduğu "Tarixin bir günü" verilişində danışıb.
 
Ad seçməkdə qərarsız olduğunu deyən Aysun, bu öhdəliyi yoldaşına veridyini deyib:
 
"Açığı çox qərarsızam. Mən adların düşər-düşməzinin olduğuna inanıram. Bu haqqı yoldaşıma vermişəm, istəyirəm o qoysun adını. Çünki bu onun ilk qız övladıdır. O da adının Sevgi olmasını istəyir, yəqin ki, elə də olacaq".
 
Qeyd edək ki, Aysun yanvar ayında vəkil Ramil Vəliyevlə ailə qurub. Bu onların hər ikisinin ikinci evliliyidir. Aysun ilk dəfə ana olsa da Ramil Vəliyevin ilk evliliyindən 2 oğlu var.
 
 

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla