AZ

"Çalışacam ki, qarşıdan gələn dünya birinciliyində qalib olum"

Aprelin 17-də azərbaycanlı bilyardçı Tofiq Quliyev Moldovanın paytaxtı Kişinyovda keçirilən bilyardın piramida növü üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Quliyev "FutbolPress"ə açıqlamasında təəssüratlarını bölüşüb:

"Sevincliyəm ki, bu idman növündə Azərbaycana qızıl medal qazandırmışam. Bayrağımızı beynəlxalq arenalarda təmsil etmək hər zaman arzum olub. Şükürlər olsun ki, bu dəfə uğurla təmsil etdim və çempion kimi vətənə qayıtdım. Çalışacam ki, qarşıdan gələn dünya birinciliyində qalib olum. Bu yolda mənə dəstək göstərən hər bir kəsə təşəkkür edirəm".

Bilyard federasiyasının media və marketinq şöbəsinin müdri Mir Azad Əliyev saytımıza açıqlamasında bilyardın kütləviləşməsi üçün görüləçək işlərdən danışdı:

"Bu yöndə bir neçə planımız var. Regionlarda bilyard çempionatlarının keçirilməsi, gənclərin bu növə marağının daha da artmasını istəyirik. Məqsədimiz daha çox azərbaycanlının beynəlxalq arenada ölkəmizi təmsil etməsidir. İyulda Gürcüstanda keçiriləcək dünya çempionatında komandamız təmsil olunacaq".

Federasiya rəsmisi beynəlxalq pratikanın Azərbaycanda tətbiq etmək planlarından danışdı:

"Hazırda media vasitəsilə təbliğat işləri aparırıq. Məktəblərlə işləmək ideyalarımız var. Bilyard məktəblərinin açılmasını planlayırıq. Beynəlxalq praktikanı Azərbaycanda tətbiq etmək istəyirik. Federasiya olaraq 2-3 aydır qurulmuşuq, gördüyümüz işlər göz qabağındadır. Bacardığımız qədər fəal təbliğat işləri aparırıq".

Məlik Məlikov

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla