Martinesdən çempionluq şərhi
"İnter"in futbolçusu Lautaro Martines A Seriyasında çempionluğu rəsmiləşdirmələri haqda danışıb.
Futbolpress.az xəbər verir ki, argentinalı hücumçu "Milan"a qalib gəldikləri matçdan sonra fikirlərini bölüşüb:
"Çox əziyyət çəkdik. İndi bu sevincə layiqik. Qələbəni ailəmə, övladlarıma həsr edirəm. Onlar sahib olduğum ən gözəl şeydir. Derbidə qalib gələrək çempion olmaq unikal şans idi".
"İnter" A Seriyasında 33 turdan sonra 86 xalla birinci sıradadır. Komandanın sona beş tur qalmış çempionluğu rəsmiləşib.