AZ

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Fərid

Bakı, 23 aprel, Gülay Nəzərova, AZƏRTAC

Bu ilin may ayında ölkəmiz “Bakı prosesi” çərçivəsində artıq altıncı dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. Bu ilki Forum əvvəlkilərlə bir çox məqamlarda üst-üstə düşən fəaliyyəti əks etdirməklə yanaşı, müasir çağırışlara həsr olunan müzakirələri ehtiva edəcək.

Bunu AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

“VI Forum pandemiyadan - beş illik fasilədən sonra keçirilməkdədir. Forum çərçivəsində on panel müzakirənin, dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edir”, - deyə F.Cəfərov vurğulayıb.

Nazir müavini sözlərinə görə, Forum çərçivəsində dünyanın müxtəlif bölgələrini təmsil edən 100-dən artıq dini liderin iştirak edəcəyi “Dinlərarası Dialoq vasitəsilə Etimadın möhkəmləndirilməsi” adlı plenar iclasın keçirilməsi nəzərdə tutulur.

 

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla