AZ

ABŞ İsrail əsgərlərinə sanksiya tətbiq edəcək?

İsrailin müdafiə naziri Yoav Qallant bazar ABŞ-nin sanksiyalar tətbiq edəcəyi gözlənilən ultra-pravoslav əsgərlər birliyinin üzvləri ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, görüş zamanı Qallant bildirib ki, əgər İsrail hərbiçiləri səhvə yol veribsə, onları cəzalandırmaq Müdafiə Nazirliyinin işidir.

Qeyd edək ki, ABŞ-nin gələn həftə qəbul etməsi gözlənilən qərar, İsrail ordusu daxilində bir bölməyə qarşı ilk dəfə sanksiyalar tətbiq etməsi halıdır. Sözgüdən birliyin ABŞ-nin qınağına tuş gəlməsinin səbəbi isə 2022-ci ildə İordan çayının qərb sahilində yaşlı fələstin əsilli amerika vətəndaşının nəzarət-buraxılış məntəqəsində saxlanılmasından qısa müddət sonra ölü tapılmasıdır.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla