AZ

Fransalı jurnalist Ermənistana buraxılmayıb

Erməni əsilli fransız hərbi jurnalist Leo Nikolyan İrəvanın Zvartnots hava limanında lentə aldığı videomüraciətində Ermənistana buraxılmadığını bildirib.

Herbiand.az xəbər verir ki, pasport nəzarətindən keçərkən ona  məlumat verilib ki, Ermənistana girişi qadağandır.

“Qadağanın səbəbi açıqlanmır və qərar göstərilmir, mən birinci Qarabağ müharibəsində iştirak etmişəm və bundan sonra uzun müddət Ermənistanda yaşamışam, nə qədər inandırsalar da, buradan ayrılmayacağam Təyyarəyə minib pulsuz qayıtmağımı xahiş edirəm”, – jurnalist bildirib.

Nikolyan bundan əvvəl də bu günlərdə İrəvanla Bakı arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmalara etirazların getdiyi ərazilərdə olub.

Hərbi müxbir bildirib ki, qadağaya etiraz olaraq, o, hazırda hava limanında aclıq aksiyası keçirir.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla