AZ

Ermənilərin 40 azərbaycanlıya sanksiya tələbi: "Eskalasiya baş verə bilər" - Açıqlama

“Ermənistanda sülh müqaviləsinin imzalanmasına mane olan, münaqişəni mümkün qədər uzatmaq istəyən qüvvələr var. Bu qüvvələr müxtəlif adlar altında Azərbaycan-Ermənistan münasibətlərini gərginləşirirlər”.



Bunu Bakupost.az -a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.


O, Ermənistanın 40 Azərbaycan rəsmisinə qarşı sanksiya tələbinin də bir təxribat olduğunu bildirib:


“İndi də Ermənistanda “Qardaban, Şirvan, Naxçıvan” təşkilatı meydana çıxıb. Bunlar belə hesab edirlər ki, guya azərbaycanlılar ermənilərə qarşı dəfələrlə genosid edib və bunların heç biri üzə çıxarılmayıb. Guya bunlar o hadisələri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaqlar. Onu da qeyd edim ki, təklif olunan ideya Rusiyada vaxtilə qətldə iştirak edən adama qarşı tətbiq edilən sanksiyanın adıyla bağlıdır. 44 günlük Vətən müharibəsi zamanı bizim hökumətin, güc strukturlarının apardığı hərbi əməliyyatları ermənilər bir cinayət kimi təqdim etməyə çalışırlar. Amma halbuki, bu müharibədir və burda hər iki tərəfdən generallar iştirak ediblər. Ona görə də bu iddianın heç bir əsası yoxdur. Düşünmürəm ki, Amerika belə bir qərar qəbul eləsin. Sadəcə olaraq Ermənistanda müəyyən qüvvələr var ki, istəmirlər Paşinyanın siyasəti irəliləsin, Ermənistan və Azərbaycan arasında dostluq sazişi bağlansın. Təbii ki, belə sanksiyalardan sonra Azərbaycan da Ermənistana qarşı adekvat addımlar atacaq. Bu isə getdikcə, Ermənistan və Azərbaycan arasındakı münasibətlərin eskalasiyasına gətirib çıxardacaq”.

Qeyd edək ki, Azərbaycannın Rusiya sülhməramlılarını ölkədən çıxarması, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə olunması fonunda ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib.

Vasif Əlihüseyn
BakuPost


Seçilən
70
Mənbələr
Şərh ()
Bağla