AZ

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada ali səviyyəli konfrans keçirib

Bakı, 23 aprel, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Sloveniyanın paytaxtı Lyublyanada “Qərbi Balkanların dostları” adlı ali səviyyəli konfrans keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konfransda “Qərbi Balkanlarda siyasi və təhlükəsizlik vəziyyəti Avropada və dünyada geosiyasi dəyişikliklərin konteksti”, "Avropa İttifaqının (və NATO-nun) Genişlənmə Strategiyası", həmçinin Azərbaycanda keçiriləcək COP29-a həsr olunmuş “Qərbi Balkanların Avropa İncələməsində İnteqrasiyası: COP29-a gətirən yol” mövzularında müzakirələr aparılıb.

Toplantıda Sloveniyanın sabiq Prezidenti Borut Pahor, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır və 67-ci sessiyasının prezidenti Vuk Yeremiç, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sabiq ali nümayəndəsi və Avropa Komissiyasının sabiq birinci vitse-prezidenti Baronessa Ketrin Eşton, Avstriyanın sabiq federal Prezidenti Haynts Fişer, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç və sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiç, Avstriyanın sabiq federal xarici işlər naziri Benita Ferrero-Valdner, Monteneqronun sabiq Baş naziri İqor Luksiç, Avropa İttifaqının Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak və digər qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində Sloveniya Respublikasının Prezidenti Nataşa Pirç Musar tədbirin iştirakçıları ilə görüşüb. Görüşdə Sloveniya Prezidentinə Mərkəzin nəşri olan “Qələmin sehri – Nizami Gəncəvinin “Xəmsəsi”ndən seçilmiş əlyazmalar” kitabının xüsusi nəşri təqdim edilib.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla