AZ

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

Bakı, 23 aprel, AZƏRTAC

23 aprel – Ümumdünya Kitab Günü münasibətilə Dövlət Sosial Müdafiə Fondu və “McDonald’s Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə qazi övladları üçün tədbir keçirilib.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtda və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi görüşə xüsusi qonaq qismində dəvət alan Bəhram Bağırzadə uşaqların böyük entuziazmla qatıldığı tədbirdə balaca oxucularla fikir mübadiləsi aparıb, onlara kitablar bağışlayıb.

Qeyd edək ki, tədbir Dövlət Sosial Müdafiə Fondu ilə "McDonald's Azərbaycan" şirkəti arasında əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumuna əsasən həyata keçirilən növbəti tədbirdir. Memoranduma əsasən, uzunmüddətli perspektivdə şəhid və qazi övladlarına sosial yardımın göstərilməsinə, eləcə də onlar üçün inkişafetdirici və əyləncə tədbirlərinin təşkilinə xüsusi diqqət ayrılacaq.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla