AZ

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin xüsusi əməyi və rolunu rusiyalılar unutmur - ŞƏRH

Bakı. Trend:

Azərbaycan və Rusiya arasında münasibətlərin uzun tarixi var vəbu gün də bu münasibətlər dinamik inkişafdadır. Prezident İlhamƏliyevin aprelin 22-də Rusiyaya səfəri iki ölkə arasındamünasibətlərin inkişafında yeni səhifə açacaq.

Məsələ ilə bağlı Trend-ədeputatlar Azər Badamov və Müşfiq Cəfərov açıqlama veriblər.

A.Badamov bildirib ki, 22 apreldə Prezident İlham ƏliyevinRusiyanın dəvəti ilə Moskvaya səfər etməsi ölkələrimiz arasımünasibətlərin inkişafında yeni bir səhifə açacaqdır.

“Dövlət başçımızın işgüzar səfəri çərçivəsində dövlət başçılarıölkələr arası münasibətlərin inkişafı və möhkəmləndirilməsi, ocümlədən regional təhlükəsizliklə bağlı müxtəlif mövzulardaikitərəfli müzakirələr aparmışdır.

22 fevral 2022-ci ildə dövlət rəhbərlərinin imzaladığımüttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə ölkələrimizarasında indi və gələcəkdə ardıcıl münasibətlərini müəyyən edir.Ölkələrimiz arası münasibətlər qarşılıqlı hörmət və dostluğasöykənmişdir. Bu münasibətlərimizin çox böyük tarixi var.Müstəqllik illərimizdə ölkələrimiz arası əməkdaşlığın inkişafı vəgenişləndirilməsi ilə bağlı 263 sənəd imzalanmışdır. ÖlkələrimizinParlamentləri sıx əməkdaşlıq edir və ölkələrimiz arasımünasibətlərin hərtərəfli inkişafına töhfə verir.

Bu gün isə əməkdaşlıq imkanlarımız müxtəlif sahələr üzrəgünü-gündən dərinləşir. Azərbaycan Rusiyanın ayrı-ayrı regionlarıilə əməkdaşlıq edir. Bu baxımdan ilk növbədə iqtisadi əlaqələrininkişaf dinamikasına baxsaq görərik ki, bu, artan dinamika davamlıxarakter almışdır. Belə ki, 2023-cü ildə ölkələrimiz arası ticarətdövriyyəsi 17,5%artaraq, 4 milyard dolları keçmişdir. O cümlədənölkəmiz üzərindən Şimal-Cənub nəqliyyat marşurutu ilə aparılandaşımaların həcmi də 17% artmışdır. Bu gün Rusiyanın mindən çoxşirkəti Azərbaycanda qeydiyyatdan keçmiş və 8 milyard dollardan çoxsərmayə yatırmışdır. O cümlədən Ruisyanın 22 şirkəti Qarabağdayenidənqurma və bərpa işlərində iştirak etməsi ilə bağlı müraciətetmişdir. Azərbaycan da öz növbəsində Rusiyanın iqtisadiyyatına 6milyard dollardan çox sərmayə yatırmışdır. Rusiya Azərbaycanınqeyri neft ixracında həlledici rol oynayır”, - deyə deputat qeydedib.

O bildirib ki, ölkələrimiz arası əlaqələr humanitar və mədənisahədə də inkişaf edir.

“Bu gün Azərbaycanda fəaliyyət göstərən 324 rusdilli məktəbdə154 min şagird təhsil alır. O cümlədən 801 mindən çox şagird rusdilini ikinci xarici dil kimi öyrənir. 28 ali təhsil müəssisəsindərus dilli qruplarda tələbələr təhsillərini davam etdirə bilirlər.Hər il 270-ə yaxın gəncimiz Azərbaycan vətəndaşlarına ayrılmışkvotaya əsasən Rusiyanın universitetlərində təhsil almaq imkanınamalikdirlər.

Cənab Prezident İlham Əliyev Moskvaya işgüzar səfəriçərçivəsində BAM-ın tikintisinin 50 illiyinə həsr olunmuş təntənəlitədbirdə də iştirak etmişdir. BAM-ın ərsəyə gəlməsində HeydərƏliyevin xüsusi əməyi və rolunu rusiyalılar unutmurlar. 50 il əvvəlBAM 2 milyondan çox gəncin səfərbər olunaraq ərsəyə gətirilmişümmumittifaq əhəmiyyətli layihə idi. Yolsuz Sibir meşələrindəndəmir yolu çəkmək ən çətin və mürəkkəb bir iş hesab olunurdu.Layihənin icrasının çətinliyini görən sovet rəhbərliyi bu sahəniHeydər Əliyevə tapşırdı. Onlar bilirdilər ki, ancaq Heydər Əliyevintəcrübəsi, rəhbərlik etmək bacarığı və qətiyyəti BAM-ı ərsəyəgətirə bilərdi. Təbii ki, belə də oldu. Heydər Əliyev BAM-ıntikintisinə bütün gücünü səfərbər edir və on günlərlə müəyyənçətinliklərlə üzləşərək tikinti sahələrinə gedir və kollektivlərləgörüşərək tapşırıqlarını verirdi. Məhz o vaxtı yolun tikintisindəişləyənlərin Heydər Əliyevdən bir rəhbər kimi diqqət və məhəbbətingörməsi sayəsində daha da həvəslənmiş və BAM-ı vaxtından əvvəlyekunlaşdıra bilmişdilər. Bu gün BAM-ın tikintisində iştirakedənlər Heydər Əliyevin xatirəsini unutmurlar və yad edirlər. Ocümlədən Anqoya qəsəbəsindəki dəmir yol vağzalına Heydər Əliyevinadını verilib.

Bu gün Azərbaycanın iştirakı ilə ərsəyə gələn Şimal-Cənubnəqliyyat dəhlizi Şimal dənizini Hind okeanı ilə birləşdirilməsinəimkan verəcəkdir. Bu beynəlxalq nəqliyyat dəhlizinin əmələ gəlməsifars körfəzindən Şimal dənizinə qədər daşımaları təmin edəcək böyükbir marşrutu formalaşdırmaqla ölkələrimizin beynəlxalq daşımalardaiştirakını genişləndirməklə böyük bir regionda geosiyasiəhəmiyyətimizi artıracaqdır. Azərbaycan Rusiya arasında əməkdaşlıqvə dostluq əlaqələrin möhkəmlənməsi həm də regiona davamlıtəhlükəsizlik gətirir”, - deyə deputat əlavə edib.

M.Cəfərov isə bildirib ki, bu gün Rusiya Azərbaycanmünasibətləri tam fərqli konteksdə inkişaf edir.

“Əslində, bu konteks 2020-ci ildən formalaşmağa başlayıb. ArtıqAzərbaycan Rusiya ilə münasibətlərini Cənubi Qafqazda dəyişdirdiyigedişatlar üzərində qurur. Hazırda Rusiyada iki ölkə arasındaregiondakı kommunikasiya məsələlərinin geniş müzakirə olunduğumütləqdir. Qazaxın kəndlərinin də qaytarılması gözlənilənkommunikasiya xəttlərinin açılmasına bir addımda yaxınlaşmaqdeməkdir.

İndiki şəraitdə dövlətimiz xarici siyasətdə ancaq özmaraqlarından irəli gələn tərəfdaşlıqlar qurur. Doğrudur böyükdövlətlərin maraqlarının toqquşduğu bir regionda buna nail olmaqolduqca çətindir. Son illər qlobal siyasətin əsas gücləri olandövlətlər Azərbaycanın milli maraqlarını necə qoruduğunun şahidioldu və bu maraqlar onlar üçün Cənubi Qafqaza giriş açarı rolunuoynayır. Azərbaycan regionun geopolitik məkanıdır. Cənubi Qafqazlabağlı bütün əməkdaşlıqlar dövlətimizin milli maraqları çərcivəsindəbaş tutur”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya əlaqələri də dövlətbaşçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişafedir.

“İki ölkə arasında siyasi münasibətlərin ən yüksək səviyyədəinkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə dəmüsbət təsirini göstərir. Azərbaycan daima xarici siyasət kursundaRusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlərə böyükəhəmiyyət verib. Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinininkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün vətəhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Dövlətimizçoxşaxəli əməkdaşlıqları öz milli maraqlarına müvafiq hesab edir vətərəfdaşlıqların genişləndirilməsinə çalışır. Bütövlükdə,Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur”, -deyə M.Cəfərov əlavə edib.

Məqalədə:
Seçilən
41
2
Mənbələr
Şərh ()
Bağla