AZ

Deputat: “Bir milyarddan artıq vəsait götürüldü və dağıdıldı” 

“Qaradağda belə bir layihə ilə bağlı dövlət bankından 1 milyarddan artıq vəsait götürüldü, həmin vəsait faktiki dağıdıldı. Həmin yarımçıq tikili göz dağı kimi orada qalıb”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, dövlətin payı olan bankların və fondların bu cür layihələri maliyyələşdirilməsinə qanunvericliklə qadağa qoyulmalıdır./unikal

 

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla