AZ

Moskva görüşü: Əliyev və Putini hansı maraqlar yaxınlaşdırır? - Şərh

“Bu, Prezident İlham Əliyevin fevralda keçirilən prezident seçkilərindən sonra Moskvaya baş tutan ilk səfəri idi. Sözsüz ki, həmişə olduğu kimi, bu dəfə də Kremldə baş tutan görüşə, nəinki Qafqazda, ümumilikdə Qərbdə diqqət böyük oldu. Görüşün rus sülhməramlılarının vaxtından əvvəl və dinc şəkildə bölgəni tərk etməsi fonunda baş tutması Azərbaycan və Rusiya arasında münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir. İki ölkə son addımları ilə siyasətdə vəd və sözünə sadiqliyin nə olduğunu göstərmiş oldu”.



Bu fikirləri Bakupost.az -a politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, Uİlham Əliyev MDB məkanında ən çətin bölgədə yerləşməyimizə baxmayaraq, Rusiya ilə münasibətlərdə müstəqilliyini qorumağı, milli maraqları həyata keçirməyi bacardı. Cənubi Qafqazda 200 ildən sonra ilk dəfə olaraq bölgənin geosiyasi konfiqurasiyası dəyişdi. Qara dəniz-Xəzər regionunda Azərbaycanın başçılığı ilə yeni dönəmə başlandı:
“Təbii ki, mövcud reallıq qonşu dövlətlərin Azərbaycana yanaşmasında yeni baxış bucaqları və davranışlar sistemi tələb edirdi. Son zamanlar Moskvanın Bakıya yanaşmasında bunu görməkdəyik. Azərbaycanın bölgədə yeni reallıq yaratması və Qafqazın real siyasi mərkəzinə çevrilməsi fonunda Rusiya hökumətinin baxış bucağında korrektələr müşahidə olunur”.

Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan arasında 4 kəndin qaytarılması, delimitasiya-demarkasiya, Zəngəzur dəhlizi, sülh müqaviləsi kimi mövzular, sözsüz ki, Moskvanın diqqət mərkəzindədir:

“Məlumdur ki, Ermənistan delimitasiyanın 1991-ci il Alma-Ata sazişinə müvafiq olaraq o dövrün xəritələrinə əsasən aparılmasını istəyir. Lakin xəritələrlə bağlı tərəflər arasında fikir ayrılığı var. Eyni zamanda, Paşinyan Zəngəzur dəhlizinin açılmasını uzatmaqla məşguldur. Hazırda Moldova və Ukraynada baş verənlər onu deməyə əsas verir ki, Qafqaz da daxil olmaqla Avrasiyada yeni reallıqlar qaçılmazdır. Bu yeni reallıqlar həm də köhnə xəritələrlə bağlıdır. Beləcə, Azərbaycan və Ermənistan arasında 1920-1991-ci illər arası xalqların öz müstəqilliyini elan etməsi, hansı ərazilərdə yaşaması, hansı ərazilərin "hədiyyə" verilməsi və bu gün hansı xəritələrin əsas götürülməsi kimi mövzular aktuallıq kəsb edir. Sözsüz ki, 100 il əvvəl olduğu kimi, bu gün də bu mövzularda Rusiyanın mövqeyi vacibdir. Təsadüfi deyil ki, son 4 ildə mütamadi olaraq İran və bəzi Qərb dairələri "sərhədlər dəyişilməzdir", "Zəngəzur dəhliz deyil" kimi bəyanatlar verirlər. Aİ-nın xüsusi missiyasının Qərbi Zəngəzura Azərbaycanı dayandırmaq üçün gəlməsi, həmçinin İranını lazım gələrsə, ordusunu Sünikə göndərə biləcəyi haqqında bəyanatı heç də təsadüfi deyil. Bu baxımdan Moskva görüşü, sözsüz ki, aktualdır, vaibdir və gələcəyə istiqamətlənib”.




Sevinc
BakuPost
Seçilən
50
Mənbələr
Şərh ()
Bağla