AZ

Bakıda iki həftə əvvəl təmir olunan yol yenidən çöküb – RƏSMİ AÇIQLAMA - VİDEO

Parlament prospektində, Müdafiə nazirliyinin qarşısındakı yolun hərəkət hissəsi az müddətdə iki dəfə çöküb. Qeyd edək ki, ilk çökmə zamanı bir neçə avtomobilə ziyan da dəymişdi. Hadisədən sonra yolun çökən hissəsi təxminən 2 həftə öncə təmir olunub.

Lakin ərazidə müşahidə aparan əməkdaşımızın məlumatına görə, təmir olunan hissə yenidən deformasiyaya uğrayıb.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən əraziyə baxış keçirilib: “Asfalt örtüyündə müəyyən deformasiya əmələ gəlib. Yaxın günlər ərzində həmin deformasiyanın aradan qaldırılması istiqamətində addımlar atılacaq”.

Məhəbbət Tərlanoğlu

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla