AZ

"Boşanan insanlar təzyiqlərə məruz qalırlar, çünki..." - Psixoloqdan valideynlərə ÇAĞIRIŞ

"Boşanmaq ikinci ən stressli həyat hadisəsi hesab olunur və insanların emosional rifahına mənfi təsir göstərir. Çox saylı araşdırmalara görə boşanmaların ilk ilində insanların həyat səviyyəsi 73 faiz aşağı düşür. Bu insanların əksəriyyəti təşviş və depresiyyadan əziyyət çəkir".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri psixoloq Ləman Məmmədova bildirib. Onun sözlərinə görə, bəzi hallarda boşanma qaçınılmazdır.

 

“Boşanma zamanı psixoloji baxımdan az təsirlənməyə çalışmalıyıq. Bu ərəfədə biz yaxın çevrəmizə və övladlarımıza rol model oluruq. Boşanan insanlar müəyyən təzyiqlərə məruz qalırlar. Ən böyük problemlərdən biri isə insanların sivil qaydada boşana bilməməsidir. Tərəflərdən biri boşanmamaq üçün digərinə zorakılıq göstərir. Bu haldan da ən çox təsirlənən uşaqlar olur. Bundan əlavə, boşanma zamanı bir sıra hüquqi çətinliklər də yaranır. Aliment və uşağın kimdə qalması ilə əlaqədar bir sıra çətinliklər yaşanır. İqtisadi çətinliklər də hamıya bəllidir”.

 

Psixoloq qeyd edib ki, boşanmağı qərara alan şəxs artıq beynində həmin münasibəti bitirib.

 

“Övladları olan ailələr bu qərarı alan zaman xüsusilə diqqətli olmalıdırlar. Bu zaman valideynlər uşaqların maraqlarını da nəzərdə saxlamalıdırlar. Onların yanında müzakirə edilən məsələlərə xüsusi fikir vermək lazımdır. Hər bir mübahisə predmeti uşaqların psixologiyasına mənfi təsir göstərir. Bu ərəfəni daha rahatlıqla başa vurmaq üçün psixoloji dəstək almaq tövsiyə olunur. Bu, həm tərəflərin, həm də övladlarının psixoloji sağlamlığı baxımından önəmli məsələdir”.

 

Ülkər Abdurahmanlı

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla